Əfsanəvi rokçu 78 yaşında beşinci dəfə ailə qurdu – FOTO

02:30 15-10-2021 4

“Pink Floyd” rok qrupunun əfsanəvi solisti və əsas gitaristi Rocer Uoters yenidən ailə qurub.

O, müvafiq görüntüləri sosial şəbəkə səhifəsində paylaşıb.

78 yaşında beşinci kəs evlənən ingilis musiqiçi Kamila Çavis adlı xanımla nigah masasına əyləşib.

Mərasim Uotersin 2010-cu ildə 16,2 milyon dollara əldə etdiyi Nyu-Yorkdakı Brichempton malikanəsində baş tutub.

Qeyd edək ki, cütlük ilk dəfə 2019-cu ildə Venesiya kinofestivalında birlikdə görünüb.