Xırdalanda kişi qonşusu tərəfindən bıçaqlanıb

01:50 15-10-2021 2

Abşeronda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Əliyev Fuad Nazim oğlu mübahisə zəminində qonşusu tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun sol döş qəfəsində kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.