Bakıda tualetdən kişi meyiti tapıldı

12:10 14-10-2021 4

Bakıda sanitar qovşağından (tualetdən) kişi meyiti tapılıb.

milletinsesi.info-ın məlumatına görə, hadisə Xətai rayonu, F.Bayramov küçəsində yerləşən avtomobillərin təmir sexindəki sanitar qovşağında qeydə alınıb.

Meyiti tapılan şəxs 1966-cı il təvəllüdlü Əbülfəz Zamanovdur. Meyitin üzərində heç bir zorakılıq əlamətləri yoxdur.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.