Sərnişinlərin NƏZƏRİNƏ: Marşrut xəttinin hərəkət sxemi dəyişdirildi

10:35 14-10-2021 6

101 nömrəli marşrut xəttinin hərəkət sxemində dəyişiklik edilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, Bakının Xəzər rayonunun Türkan qəsəbəsinin sakinlərinin Mərdəkan qəsəbəsi istiqamətində birbaşa gediş-gəlişinin təmin edilməsi, eyni zamanda Qala dəmir yolu stansiyası - Mərdəkan qəsəbəsi üzrə müntəzəm marşrutun fəaliyyət göstərmədiyi nəzərə alınaraq qeyd olunan marşrut xəttinin hərəkət sxemi dəyişdirilib.

Dəyişikliyə əsasən, bu gündən marşrut xəttinin son dayanacaq məntəqəsi Mərdəkan qəsəbəsi (stansiya) olacaq.