Azərbaycanda bu günədək neçə sinif distant təhsilə keçirilib?

09:45 14-10-2021 4

Ölkə üzrə bu günədək 241 sinif distant təhsilə keçirilib, onlardan 35-i artıq əyani təhsilə qayıdıb, 206 sinifdə isə distant təhsil davam etdirilir. 

Bu barədə milletinsesi.info-ın sorğusuna Təhsil Nazirliyindən cavab olaraq bildirilib.

Qeyd edilib ki, Bakı şəhəri üzrə distant təhsilə keçirilmiş 140 sinfin 26-da əyani tədris forması bərpa olunub. 114 sinifdə distant şəkildə təhsil davam etdirilir.

İlhamə Əbülfət