Hadrut əməliyyatı: Qarabağın cənub qapısı necə açıldı? – VİDEO

01:00 14-10-2021 3

Baku TV-də yayımlanan “Qarabağ Xronikası” verilişinin 59-cu buraxılışı efirə gedib.

Verilişin aparıcısı, hərbi jurnalist Fərdin İsazadə budəfəki buraxılışda Hadrutun alınmasının əzəli torpaqlarımıza qayıtmaqda nə kimi rol oynamasından söhbət açıb. 

O bildirib ki, Şişdağ dağ silsiləsi hələ Birinci Qarabağ müharibəsi zamanı strateji əhəmiyyət daşıyırdı. 

Həmin dağdan baxanda aşağıda yerləşən Hadrut qəsəbəsi, Güzdək, Qarakol və digər yaşayış məntəqələrini rahatlıqla müşahidə etmək olur.

Sözügedən verilişi təqdim edirik: