Qubada torpaq sürüşməsi baş verib, 10 ailə evlərindən köçürülüb – VİDEO

20:15 13-10-2021 5

Qubanın Qrız Dəhnə kəndi ərazisində torpaq sürüşməsi qeydə alınıb.

APA xəbər verir ki, 50 hektar ərazini əhatə edən sürüşmə zonası dağlıq ərazidə baş verib. Sürüşmə zonasının əhatəsi genişlənir və kəndə doğru yaxınlaşır.

Quba rayon icra hakimiyyətindən APA-ya verilən məlumata görə, hadisə yerinə Quba rayon icra hakimiyyəti başçısı Ziyəddin Əliyev və Fövqəladə Hallar Nazirliyi əməkdaşları baxış keçirib. Sürüşmənin aktivliyi nəzərə alınaraq 10 ailə evlərindən köçürülüb.

Ərazidə müvafiq qurumların əməkdaşları tərəfindən növbətçilik təşkil olunub. Sürüşmənin aktivliyi nəzərə alınaraq müvafiq qərar qəbul olunacaq.