Bu ay Azərbaycana nə qədər “Pfizer-Biontech” vaksini gətiriləcək?

17:05 13-10-2021 3

Azərbaycana bu günədək koronavirus əleyhinə 319 410 doza “Pfizer-Biontech” vaksini gətirilib.

Bununla bağlı məlumat İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən milletinsesi.info-ın sorğusuna verilən cavabda qeyd olunub. 

Eyni zamanda məlumatda ölkəyə cari ayın sonuna qədər əlavə olaraq 99 000 doza vaksinin gətirilməsi gözlənilir.

Könül Cəfərli