Azərbaycanın Quru Qoşunları komandanı Türkiyəyə getdi

16:35 13-10-2021 2

Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Musa Avseverin dəvəti ilə Türkiyəyə yola düşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

General Ə.Əfəndiyev İstanbulda keçirilən “Avrasiya sülhü - 2021” təliminin oktyabrın 14-də “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edəcək.