Giləmeyvə yığmağa getdilər: Cəsədləri tapıldı

07:30 13-10-2021 6

Rusiyanın İrkutsk vilayətində giləmeyvə yığmağa gedən üç kişinin cəsədi aşkar edilib.

Bu barədə vilayətin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat yayıb.

Qeyd olunur ki, orta yaşlarında olan üç kişi qayıqla giləmeyvə yığmağa yollanıb.

Onların cəsədləri Bratsk su anbarının ərazisində tapılıb.

İlkin məlumatda qeyd olunur ki, həlak olanların heç biri xilasetmə gödəkçəsi geyinməyib.

Hazırda hadisənin təfərrüatları araşdırılır.

Mənbə: REN TV