Ronaldu dünya rekordunu yenilədi

00:30 13-10-2021 2

Lüksemburqla matçın ilk hissəsində dubl edən Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu özünə aid olan dünya rekordunu yeniləyib.

Oyunun 8 və 13-cü dəqiqələrində penalti zərbələrini dəqiq yerinə yetirən ulduz futbolçu yığmanın heyətində 113 və 114-cü qollarını vurub.

Qeyd edək ki, təkcə bu il ərzində “Mançester Yunayted”in oyunçusu Portuqaliya seçməsinin heyətində 12 dəfə fərqlənib.