Məşhur serial qəhrəmanı İstanbula gəldi – FOTO

20:20 12-10-2021 4

İspaniya kinematoqrafçılarının çəkdiyi populyar “La Casa De Papel” (Kağız ev) serialında “Berlin” obrazını canlandıran aktyor Pedro Alonso Türkiyəyə gəlib.

Parisdən İstanbula təşrif buyuran aktyor hava limanında jurnalistlərin ona ünvanladığı sualları cavabsız qoyub.

Alonsonun müəllifi olduğu və yeni işıq üzü görən “Filipo” kitabının təqdimat mərasimində iştirak edəcəyi bildirilir. Mərasimin 14-17 oktyabr aralığında keçiriləcəyi gözlənilir.

Mənbə: “Haber Global”