Ukraynada Aİ hərbi missiyası fəaliyyətə başlayacaq

20:10 12-10-2021 2

Bu ilin sonunadək Ukraynada Avropa İttifaqının hərbi təlim-məşq missiyası fəaliyyətə başlayacaq.

Bu barədə ölkənin müdafiə naziri Andrey Taran məlumat verib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə intensiv işlər aparılır.

Nazir bildirib ki, missiyanın fəaliyyəti həm Ukrayna, həm də Aİ üçün faydalı olacaq.

Mənbə: TASS