Vaxtı bitmiş peyvəndlərdən istifadə olunur? - AÇIQLAMA

17:25 12-10-2021 2

Səhiyyə nazirinin müavini Viktor Qasımov vaxtı bitmiş peyvənd məsələsinə münasibət bildirib.

Nazir müavini APA-ya açıqlamasında bildirib ki, hansı peyvəndlərin istifadə tarixi bitirsə, onlar istifadədən götürülür:

“İndiyədək müəyyən qədər belə peyvənd olub. Bu məsələ daim nəzarətdədir. Çünki peyvəndin saxlama müddəti çox böyük rol oynayır. Ona görə bu məsələ xüsusi diqqətə götürülür”.