“Azəriqaz”dan abonentlərə XƏBƏRDARLIQ - VİDEO

15:20 12-10-2021 5

Ağstafada qaz təchizatından qanunsuz istifadə və özbaşına şəkildə müdaxilə halı aşkar edilib.

“Azəriqaz” İstehsalat Birliyindən milletinsesi.info-a verilən məlumata əsasən, rayonun Köçəsgər kənd sakini Tahir Mehtiyev ona məxsus həyətyanı sahənin qarşısından keçən qaz xəttinə iki rezin boru vasitəsilə qeyri-qanuni birləşmə edib.

Vətəndaş kustar üsulla qaz xəttinə qanunsuz birləşmə edib. Lakin, qanunsuz qoşulma ləğv edilib.

Birlik tərəfindən xəbərdarlıq edilib ki, vətəndaşlar bu cür hərəkətlərdən çəkinməlidirlər. Belə vəziyyətlərdə cüzi qaz sızması ciddi təhlükə yarada bilər.