Rusiyada İstintaq Komitəsinin ilk rəsmi nümayəndəsi olmuş general vəfat edib

14:05 12-10-2021 5

RF İstintaq Komitəsinin KİV-lə qarşılıqlı əlaqələr şöbəsinin ilk rəhbəri, general-mayor Vladimir Markin vəfat edib.

Bu barədə qurumun saytında bildirilib.

“Həmkarımız, Rusiya Federasiyası İstintaq Komitəsinin KİV-lərlə qarşılıqlı əlaqələr şöbəsinin ilk müdiri, ədliyyə general-mayoru Vladimir İvanoviç Markin vəfat edib. Bu, hamımız üçün ağır itkidir”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, V.Markin 2016-cı ildə öz xahişi ilə RF İK sıralarından xaric edilib. O uzun müddət ciddi xəstəlikdən əziyyət çəkib.