Azərbaycanın qabaqcıl karqo şirkəti “Starex” rebrendinq edir

11:30 12-10-2021 6

Ölkəmizdə karqo şirkətləri arasında öndə gedən, 3 il uğurlu fəaliyyət göstərən, bir çox yeniliklərə imza atmış “Starex” karqo şirkəti rebrendinq edir.

“Starex” karqo şirkəti fəaliyyətə başladığı ildən etibarən on minlərlə müştəriyə xidmət göstərmiş və milyonlarla bağlama çatdırmışdır. 2020 və 2021-ci ildə ən çox bağlama çatdıran karqo şirkətlərindəndir.

“Starex” müştərilərdən aldığı əsaslı rəylər, təkliflər və iradlar sayəsində bugündən etibarən fəaliyyətinin, loqo və sloqanının yenilədiyini elan edir. Fəaliyyətindən əlavə “Starex” karqo şirkətinin rebrendinq etməkdə əsas məqsədi müştərilərin karqo şirkətlərində görmək istədiyi xidmətləri, çatdırılma şirkətlərindən narazı qaldıqları xidmətləri, istər xarici görünüşü, istərsə də fəaliyyət prinsipi baxımından dəyişilməsini elan etməsidir. Şirkət bu məqsədlər istiqamətində xidmətini inkişaf etdirir. Yeniliklərlə xaricdən onlayn alış-veriş edənləri sevindirir.

Sizə bugündən etibarən “Starex”də nələrin dəyişdiyini elan edirik:

● Türkiyədən geri qaytarılma xidməti aktiv edilib. Artıq yanlış, yararsız bağlamalarınızı satıcı mağazaya geri göndərə biləcəksiniz.

● E-manat terminalları ilə yalnız dollar deyil, TL balansınızı da artıra biləcəksiniz.

● Bağlamalarınıza kuryer sifariş etmək üçün bağlamanın filiala gəlməsini gözləməyəcəksiniz. İstədiyiniz halda “Tənzimləmələr” bölməsindən adresə çatdırılma tarifini seçərək bağlamanızı hər zaman kuryer vasitəsi ilə əldə edəcəksiniz.

● Türkiyədən həftənin 6 günü göndəriş etməklə bağlamalarınızı sizə çox daha qısa müddətdə çatdıracaqlar.

Yeni sloqanla desək “Starex” karqo şirkəti ilə bağlamalarınız “sizə xoş gələcək”.

Ətraflı məlumat üçün: https://starex.az

Əlaqə telefonu: *8000

Ünvan: Atatürk prospekti, 4A (Gənclik metrosunun yanı)