Ali məktəb “Azərsu” ASC-ni məhkəməyə verdi

10:40 12-10-2021 2

Bakı Xoreoqrafiya Akademiyası “Azərsu” ASC-ni məhkəməyə verib.

milletinsesi.info xəbər verir ki, Akademiya Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

İş hakim Zeynəb Axundovanın icraatına verilib. İşin mahiyyəti və məhkəmənin vaxtı barədə detallar hələ ki, açıqlanmayıb.

Qeyd edək ki, Bakı Xoreoqrafiya Akademiyası ölkədə xoreoqrafiya sahəsində ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən xüsusi ali məktəbdir.