Cəlilabadda iki avtomobil toqquşdu, xəsarət alanlar var

22:15 22-11-2020 9

Cəlilabadda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad rayonu ərazisində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində rayon sakinləri - 1969-cu il təvəllüdlü Əliyev Əlhüseyn Nizami oğlu və 2000-ci il təvəllüdlü Abdullayev İsa Fikrət oğlu xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb və onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.