Makron Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdi - VİDEO

20:45 22-11-2020 8

Fransa Prezidenti Emmanuel Makron Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edib.

Onun bu etirafı “İnstagram” hekayəsində yer alıb. 

Bu barədə Paris Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva özünün “Facebook” sosial şəbəkəsində məlumat verib. 

M.Fətəliyeva Makronun çıxışından da sitat gətirib. Fransa Prezidenti yeddi rayonun Azərbaycana aid olduğunu bildirib. 

O deyib ki, beynəlxalq hüquqa əsasən bu ərazilər Azərbaycana məxsusdur. Makronun sözlərinə görə, bu rayonlar Azərbaycan ərazisidir:

“Beynəlxalq hüquqa əsasən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən Dağlıq Qarabağ və digər rayonlar Azərbaycan ərazisi kimi tanınır. Buna görə də suveren dövlətdən istək yoxdursa, bu məsələyə qarışmayın”.