Bakıda avtomobil evakuatorla toqquşdu

10:45 22-11-2020 9

Bu gecə paytaxtda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

1986-cı il təvəllüdlü Babayev Pərviz Əlisahib oğlu idarəetməni itirərək, avtomobilini evakuatora çırpıb.

Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.