“Dünya gözəli” yarışmasının qalibi 14 uğursuz hamiləlikdən sonra əkiz uşaq dünyaya gətirdi - FOTO

06:30 22-11-2020 12

“Dünya gözəli-2003” yarışmasının qalibi Rozanna Devison əkiz uşaq dünyaya gətirib.

REN TV xəbər verir ki, 36 yaşlı model xoş xəbəri öz sosial şəbəkə hesabında pərəstişkarları ilə bölüşüb.

R.Devison yeni doğulan uşaqlarına Huqo və Oskar adını verib.

Qeyd edək ki, “Dünya gözəli-2003” müsabiqəsinin qalibi bundan öncə 14 dəfə ana olmağa hazırlaşsa da, nadir xəstəlik səbəbindən hamiləliyi yarımçıq qalıb.