Ərdoğan: “Türkiyə öz koronavirus peyvəndini bütün dünya üçün əlçatan etmək niyyətindədir”

21:15 21-11-2020 7

Türkiyə özünün hazırladığı koronavirus əleyhinə peyvəndi bütün dünya üçün əlçatan etmək niyyətindədir.

Bu barədə Rəcəb Tayyib Ərdoğan “Böyük iyirmilik” (G-20) ölkələrinin liderləri arasında keçirilən videokonfransda çıxış edərkən deyib.

R.T.Ərdoğan həmçinin bildirib ki, dünya, xüsusən də inkişaf etmiş ölkələr pandemiya dövründə həmrəylik və qarşılıqlı yardım sınaqlarından uğurla çıxa bilməyib.