Tovuzda qəza: Ölən var

14:50 21-11-2020 5

Tovuz rayonunda ölümlə nəticələn avtomobil qəzası baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, noyabrın 21-i saat 01:00 radələrində Tovuz rayonunun Dönük Qırıqlı kəndi ərazisində Emil Sadıqov idarə etdiyi “Niva” markalı avtomobili aşırıb. Nəticədə sürücü aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Araşdırma aparılır.