Uşaq oyun mərkəzi Kadırovun qeyri-adi istəyini yerinə yetirdi – FOTO/VİDEO

06:00 21-11-2020 13

Çeçenistanda respublika başçısı Ramzan Kadırovun söylədiklərindən sonra Kurçaloydakı uşaq oyun mərkəzinin dizaynı dəyişdirilib

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Qeyd edək ki, uşaq əyləncə mərkəzində divarlara Amerika komikslərindən “Marvel” qəhrəmanlarının – “Kapitan Amerika”, “Tor”, “Dəmir Adam”ın şəkilləri çəkilmişdi. Ramzan Kadırov isə bunların Çeçenistanın milli qəhrəmanları ilə əvəzlənməsini istəmişdi.

Hazırda müəssisənin divarlarında Çeçenistanın ilk prezidenti Əhməd-Hacı Kadırovun, həmçinin Baysanqur Benoyevski, Beybulat Taymiyev və şeyx Mənsur kimi 18-19-cu əsr Qafqaz müharibəsi qəhrəmanlarının təsvirləri əks olunub.