Gürcü ictimaiyyəti erməni vandalizmini pisləyir – VİDEO

17:45 20-11-2020 11

Ermənilər Azərbaycanda qanunsuz məkunlaşdıqları torpaqları təhvil verərkən evləri yandırır, meşələrə od vururlar. 

Baku TV xəbər verir ki, ermənilərin bu cür vandallığını qonşu Gürcüstan vətəndaşları şiddətlə qınayırlar. 

Gürcüstan vətəndaşı İliko Daraseliya bildirir ki, ermənilərin etdikləri doğru deyil: 

“Gürcüstan vətəndaşı olaraq düşünürəm ki, Ermənistan beynəlxalq qanunlara əməl edərək, yandırmadan, vandalizm törədib uçurub dağıtmadan, mülkiyyətə zərər vermədən azərbaycanlıların tarixi torpaqlarından, Qarabağdan çıxıb getməlidirlər.”

Maia Apçiauri isə qeyd edir ki, Kəlbəcər rayonunda vandalizm törədilir:

“Ekologiya məhv edilir, evlərə od vurulur, qəbiristanlıqlar dağıdılır. Bu əsl vandalizmdir. Buna başqa ad vermək mümkün deyil. Ora Azərbaycanın ərazisidir. Orada azərbaycanlılar yaşayırdı. Bu cür dağıntılar törətməməlidirlər. Belə qəddar davranmamalıdırlar.” 

Gürcü rejissor Tenqiz Txilavanın sözlərinə görə, hazırda Kəlbəcər, Ağdam, Laçın rayonlarında baş verənlər Ermənistan dövlətinin 10 illərdir ki, işğal etdikləri ərazilərdə yürütdükləri siyasətlərinin davamıdır: 

“Biz bilirik ki, orada çoxlu sayda vandalizm aktları törədildi. Azərbaycanın mədəniyyət abidələri dağıdıldı. Hətta, bunu qeyd etmək çox çətindir ki, məscidlərdə donuz saxlayırdılar. Bunu düşük mədəniyyətli insanlar edə bilər. Fransız mediası ermənilərə dəstəkləri ilə fərqlənir. Lakin bu hadisələrə onlar da səssiz qala bilmədilər. Dünyada düzgün istiqamətə doğru irəliləyiş var”.