Erməni bölmələri Ağdam rayonundan çıxdı

17:10 20-11-2020 4

Erməni Silahlı Qüvvələrinin bölmələri Dağlıq Qarabağda Ağdam rayonunu tərk edib.

RT-nin məlumatına görə, bu barədə Rusiya hərbi kontingentinin general-mayoru Andrey Volkov bildirib.

Onun sözlərinə görə, rayonun Azərbaycanın nəzarətinə keçməsi ştat rejimdə keçib. Heç bir insident və provokasiya olmayıb.