İlham Əliyev Polis Akademiyasına rəis təyin etdi

14:55 20-11-2020 5

Prezident İlham Əliyevin sərəncamı ilə polis polkovniki Canpolad Daanov Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi təyin edilib.   

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün, 2020-ci il noyabrın 20-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Polis Akademiyasına gedərək C.Daanovu həmin təhsil müəssisəsinin şəxsi heyətinə təqdim edib.