Ermənistanın Müdafiə naziri istefa verib

12:20 20-11-2020 9

Ermənistanın Müdafiə naziri David Tonoyan istefa verib.

Bu barədə “Aravot” xəbər yayıb.

Bildirilir ki, o, Qarabağdakı hərbi əməliyyatların nəticəsinə görə kəskin tənqid olunurdu.

Ermənistan hakimiyyəti hazırda Tonoyanın yerinə Baş nazir Nikol Paşinyanın müşaviri Vaqarşak Arutyunyanı təyin etmək istəyir. O, 1999-2000-ci illərdə artıq bu vəzifədə olub.

Müdafiə Nazirliyi bu barədə rəsmi açıqlama verməyib.