Aydın Mirzəzadə: “Evlərini yandıran ermənilərin vəhşiliyini dünya ictimaiyyəti bir daha gördü”

12:20 20-11-2020 10

“Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad etdi. Şübhəsiz ki, bu gün işğal etdiyi ərazidən çıxmaq istəməyən goreşənlərə tərəf duranlar da olacaq”. 

milletinsesi.info-ın müxbirinin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aydın Mirzəzadə deyib. 

O bildirib ki, Azərbaycanın işğal altında olan torpaqlarından çıxanda yaşayış evlərini yandıran ermənilərin vəhşiliyini dünya ictimaiyyəti bir daha gördü:

“Təbii ki, Azərbaycanın qələbəsini öz qələbəsi kimi qeyd edən Türkiyə hökumətinə, Pakistan hökumətinə böyük təşəkkür düşür. Amma aydın məsələdir ki, bu məsələdə düşmənin mövqeyini dəstəkləyənlər tapılacaq”.

Könül Cəfərli