Tural Gəncəliyev: “Əhmədiyyə Cəbrayılov bir vaxt Fransa cəbhəsində döyüşüb”

12:00 20-11-2020 9

Fransanın ATƏT-in Minsk qrupunun üzvü kimi obyektiv tərəf tutmasının gözlədiyimiz halda onlar bunu əksini etdi. Fransa 1 milyona yaxın məcburi köçkünün hüquqlarının pozulduğu bir vaxtda qeyri-obyektiv mövqe sərgilədi. 

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tural Gəncəliyev deyib. 

O bildirib ki, Əhmədiyyə Cəbrayılov kimi oğullar vaxtı ilə Fransa cəbhəsində döyüşüblər. Fransa prezidenti Şarl de Qol da vaxtında bunu qiymətləndirərək ona orden vermişdi. 

T.Gəncəliyev qeyd edib ki, Fransanın siyasi rəsmiləri beynəlxalq normalara uyğun mövqe sərgiləməlidir.

Könül Cəfərli