Almaniyada naməlum şəxs soyuq silahla insanlara hücum edib: Yaralılar var

11:10 20-11-2020 9

Almaniyanın Oberhauzen (Şimali Reyn-Vestfaliya federal ərazisi) şəhərində soyuq silahla silahlanmış kişi ətrafdakı insanlara hücum edərək, azı dörd nəfərə xəsarət yetirib. 

Bu barədə yerli “Westdeutsche Allgemeine Zeitung” nəşri məlumat yayıb.

Verilən son xəbərə görə, insanlara hücum etmiş şəxs saxlanılıb.

O, saxlanılan zaman xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxsin kimliyi hələlik məlum deyil.

“Der Spiegel” dərgisi yerli polisə istinadən məlumat verir ki, insident məişət zəminində baş verib.