Koronavirusun gözlənilməz nəticəsi məlum olub

10:55 20-11-2020 13

Koronavirusdan sağalan bəzi xəstələr dişlərinin tökülməsindən şikayət ediblər.

Bu barədə “Huffington Post” xəbər yayıb.

Bildirilir ki, COVİD-19 xəstələrinin hekayələrini bölüşdüyü “Survivor Corps” cəmiyyətində, yüzlərlə insan sağaldıqdan sonra dişlərinin tökülməsi problemi və diş əti xəstəlikləri ilə qarşılaşdıqlarını deyiblər. Üstəlik, onların bir çoxu ilk dəfə bu cür problemlərlə qarşılaşdıqlarını vurğulayıblar.

“Angiogenesis Foundation”un bioloqu Uilyam Linin nəşrə verdiyi məlumata görə, COVİD-19 xəstələrində diş vəziyyətinin pisləşməsi qan dövranı ilə əlaqəli ola bilər. Çünki koronavirus qan damarlarına təsir edir, bu da qan laxtalanmasına və qan axınının tıxanmasına səbəb olur. O, COVİD-19-un fəsadlarından olan damar zədələrinin zamanla diş problemlərinə gətirib çıxardığını vurğulayıb.

“Northwell Health” sağlamlıq şəbəkəsinin direktoru Erik Çoe-Pena öz növbəsində bildirib ki, koronavirus ağız boşluğunda olan ACE2 reseptorlarına təsir edir.