İsmayıllıda 38 yaşlı kişi özünü asdı

10:15 20-11-2020 11

İsmayıllı rayonunda intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Göytəpə kəndində qeydə alınıb. Kənd sakini, 1982-ci il təvəllüdlü Seyidov Xəyyam Sadıq oğlu yaşadığı evdə özünü kəndirlə asıb. Ailə üzvləri hadisədən gec xəbər tutublar.

Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.