“Vətən Müharibəsində qələbə münasibətilə” orden və medallar təsis ediləcək

10:10 20-11-2020 8

Azərbaycan Respublikası Milli Məclisinin bu gün keçiriləcək növbəti iclasında “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi müzakirə olunacaq.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.