Tanınmış azərbaycanlı diplomat vəfat etdi

10:00 20-11-2020 9

Azərbaycanın Rusiyadakı keçmiş səlahiyyətli nümayəndəsi, politoloq Hikmət Hacızadə bu gün səhər saatlarında vəfat edib.

Bu barədə onun oğlu Adnan Hacızadə “Facebook” səhifəsində məlumat paylaşıb.

“Hikmət bəy insult keçirmişdi. Atam saat 11:30-da Yasamal qəbiristanlığında torpağa tapşırılacaq. Pandemiya ilə əlaqədar olaraq, heç bir yas mərasimi nəzərdə tutulmayıb”, - deyə o qeyd edib.