Biləsuvarda yanğın olub

09:30 20-11-2020 6

Biləsuvar rayonunun Xırmandalı kəndində ümumi sahəsi 70 kvadrat metr olan talvarın taxta atmaları 36 kvadrat metr sahədə və altına yığılan 15 ton ot bağlamasının 10 tonu yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.