Kəlbəcər sakini: “Qayıdan kimi ilk iş o yarımçıq doğum gününü qeyd etmək olacaq” - VİDEO

18:45 19-11-2020 8

“Oğlumun ad günü tortunu süfrədə qoyub çıxdıq. Kəlbəcərə qayıdan kimi ilk iş o yarımçıq doğum gününü qeyd etmək olacaq...”

Bu sözləri Kəlbəcərdən məcburi köçkün olan Xırda Cəfərova Azərbaycan Televiziyasına müsahibəsində deyir. 

Bütün kəlbəcərlilər kimi onların ailəsi də doğma yurdlarına qayıdacaqları həmin günü səbrsizliklə gözləyir. 

Sözügedən süjeti təqdim edirik: