Həftəsonları taksi xidməti işləməyəcək - Fəaliyyətinə icazə verilən sahələrin SİYAHISI

18:45 19-11-2020 12

Noyabrın 21-dən dekabrın 28-dək həftəsonları fəaliyyətinə icazə verilən sahələr açıqlanıb. 

Bu barədə qərar Nazirlər Kabinetində yerləşdirilib.

Belə ki, hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti, fasiləsiz fəaliyyət göstərən digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti, səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri, kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları), meliorasiya və su təsərrüfatı fəaliyyəti, fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin, qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti, apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələrinin fəaliyyəti, kütləvi informasiya vasitələrinin fəaliyyəti, mühafizə xidmətlərinin fəaliyyətinə icazə verilir.

Qərarda noyabrın 21-dən dekabrın 28-dək həftəsonları ictimai nəqliyyatla yanaşı, taksi xidmətinin də fəaliyyəti ilə bağlı bənd qeyd edilməyib. 

Qərara əsasən, həftəsonları metro və ictimai nəqliyyatla yanaşı, taksi xidməti də fəaliyyət göstərməyəcək.