Cəlilabadda iki maşın toqquşdu: Yaralı var

07:35 19-10-2020 3

Cəlilabadda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Xankişiyev Şahmar Vaqif oğlunun idarə etdiyi avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.

Hadisə nəticəsində Ş.Xankişiyev müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməyi ilə Bakıda yerləşən xəstəxanaların birinə çatdırılıb. Müayinə zamanı ona alın və sol qamış sümüklərinin sınıqları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.