Sərnişin avtobusu torpağın altında qaldı: 16 nəfər öldü

05:35 19-10-2020 7

Pakistanda torpaq sürüşməsi nəticəsində sərnişin avtobusu torpağın altında qalıb.

Bu barədə yerli “Dawn” nəşri hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Nəticədə, nəqliyyat vasitəsinin içində olan 16 sərnişin torpağın altında qalaraq, faciəvi şəkildə vəfat edib.

Hadisə yerində xilasetmə işləri sona çatıb.