Gəncədə dinc insanların öldürülməsi Vaşinqtonda etirazlarla qarşılandı - FOTO

01:10 19-10-2020 5

ABŞ-ın paytaxtı Vaşinqtonda yaşayan azərbaycanlılar erməni terroru nəticəsində Gəncədə həlak olan dinc sakinlərin xatirəsini anıblar.

Aksiya barədə məlumat və fotolar sosial şəbəkələrdə yayılıb.

Soydaşlarımız əllərində üçrəngli bayrağımızı və müxtəlif plakatlar tutaraq Ermənistanın işğalçı və terror siyasətini pisləyib, dünya birliyini bu hadisəyə biganə qalmamağa səsləyiblər.