İsrail səfirliyindən Azərbaycana təbrik mesajı - FOTO

17:00 18-10-2020 3

İsrailin Azərbaycandakı səfirliyi Azərbaycanın Müstəqillik Gününü təbrik edib.

Bu barədə səfirliyin “Twitter” hesabında paylaşılıb.

“İsrail səfirliyi Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edir, onlara can sağlığı, əmin-amanlıq və firavanlıq diləyir”, - deyə mətndə qeyd edilir.