Azərbaycanda koronavirusa yoluxma rekord həddə çatdı: Üç nəfər vəfat etdi - FOTO

15:10 18-10-2020 6

Azərbaycanda koronavirusa (COVID-19) 647 yeni yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, üç nəfər COVID-19-dan vəfat edib.

Aktiv xəstə sayı 4301 nəfərdir.

Ölkədə son sutka ərzində 9089, hazırkı dövrədək isə 1228024 test aparılıb.

Sutka ərzində iki nəfər ölüb, ümumi ölənlərin sayı 623 nəfərdir.

Ümumi yoluxanların sayı 44317 nəfər, ümumi sağalanların sayı 39903 nəfərdir.