Erməni təxribatları nəticəsində Tərtərə dəyən ziyan açıqlandı - RƏSMİ

14:30 18-10-2020 5

“27 sentyabrdan bu günədək Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonunun 36 yaşayış məntəqəsinə 13136 mərmi düşüb.

Tərtər Rayon İcra Hakimiyyətindən milletinsesi.info-a verilən məlumata görə, ümumilikdə, rayonda düşmən təxribatı nəticəsində 118 ev tamamilə dağıdılıb, 646 evə ziyan dəyib:

“64 çoxmənzilli yaşayış binasına ziyan dəyib. 30 yardımçı tikili tamamilə dağıdılıb. Eyni zamanda, 50 yardımçı tikiliyə, 19 sosial obyektə, səkkiz istehsal obyektinə, 44 ticarət obyektinə ziyan dəyib”.

“Həmçinin, 18 inzibati bina zərər çəkib”, - deyə RİH-dən bildirilib.

Fərdin İsazadə