Müdafiə Nazirliyi: Ermənistanın növbəti Su-25 təyyarəsi vuruldu

13:35 18-10-2020 7

Oktyabrın 18-də saat 12.30-da cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin növbəti Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.