Gürcüstanda bir gün ərzində koronavirusa rekord yoluxma

12:35 18-10-2020 6

Gürcüstanda bir gün ərzində koronavirusa rekord yoluxma qeydə alınıb.

Bu barədə “Sputnik Gürcüstan” xəbər yayıb.

Bildirilir ki, son sutka ərzində ölkədə 1 192 nəfərdə koronavirus aşkar edilib.

Səkkiz nəfərin virusdan öldüyü qeyd olunur.

Bu göstərici Gürcüstanda pandemiya yayılandan bəri ən yüksək sutkalıq göstəricidir.

Ölkədə ümumilikdə 17 477 nəfərdə koronavirus müəyyən edilib.