Norveç nəşrləri Gəncəyə raket hücumundan yazdı

19:50 17-10-2020 7

Norveçin nüfuzlu “Verdens Gang” və “Adresse” nəşrləri Ermənistan ordusunun Azərbaycanın ikinci böyük şəhəri – Gəncəyə raket hücumu barədə yazıb.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Norveç nəşrləri bildirib ki, endirilən raket zərbələri nəticəsində şəhərdə bir neçə ev tamamilə məhv olub, ən azı 13 dinc sakin həlak olub.

“Azərbaycan prokurorluğunun məlumatına görə, hücum nəticəsində ən azı 50 nəfər yaralanıb. Azərbaycan hökuməti bildirir ki, hücumu Ermənistan edib. Azərbaycan Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında bildirib ki, 20-dən çox ev dağılıb”, - “Verdens Gang” nəşrinin məqaləsində deyilib.