Beynəlxalq Nizami Gəncəvi Mərkəzindən Azərbaycana dəstək - FOTO

14:05 17-10-2020 6

Beynəlxalq Nizami Gəncəvi Mərkəzi dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin məqbərəsi önündə plakat asıb. 

Plakatda #SaveNizamiGanjavicity həştəqi qeyd olunub.

Bununla bağlı Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında paylaşım edib.

H.Hacıyev Beynəlxalq Mərkəzə bu dəstəkləri üçün təşəkkür edib:

“Çox sağ olun. Gəncəni Ermənistan vandalizmindən və barbarlığından qoruyaq”.