FHN düşmənin raket hücumu nəticəsində Gəncədə baş vermiş dağıntılarla bağlı açıqlama yaydı

05:25 17-10-2020 5

Humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan silahlı qüvvələri yenidən Gəncə şəhərini raket atəşinə tutub. Belə ki, 17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə təcavüzkar tərəfindən raket zərbələri endirilib. 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdıb, sakinlər dağıntılar altında qalıb.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub. Bu vaxta qədər dağıntılar altından xəsarət almış 40-dan artıq insan və 12 nəfərin cəsədi çıxarılıb.

Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.